...

Dövlət qulluğuna işə qəbul üzrə imtahanda ən yaxşı nəticə göstərmiş ali məktəblərin adları açıqlanıb

Cəmiyyət Materials 20 Dekabr 2017 15:14 (UTC +04:00)
Dekabrın 17-də keçirilən dövlət qulluğuna işə qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərin bitirdikləri ali təhsil müəssisələri üzrə statistik məlumatlar açıqlanıb.
Dövlət qulluğuna işə qəbul üzrə imtahanda ən yaxşı nəticə göstərmiş ali məktəblərin adları açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Dekabrın 17-də keçirilən dövlət qulluğuna işə qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərin bitirdikləri ali təhsil müəssisələri üzrə statistik məlumatlar açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, mərkəz tərəfindən keçirilən imtahanda ümumilikdə 65 ali təhsil müəssisəsinin məzunları iştirak ediblər.

Aşağıdakı cədvəldə imtahanda iştirak etmiş məzunlarının sayı 10-dan artıq olan ali təhsil müəssisələrinin göstəriciləri əks olunub.

İmtahanda daha çox Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinin məzunları iştirak ediblər. Bakı Dövlət Universitetinin 538 məzunundan 251 nəfər (46.7%), Azərbaycan Dövlət İqtisad Universitetinin 521 məzunundan 230 nəfər (44.1%) imtahandan uğurla keçib. Dövlət İdarəçilik Akademiyasının məzunlarının 61.5%-i müvəffəqiyyət əldə etmişdir. Akademiyanın 78 məzunundan 48 nəfər sertifikat almaq üçün tələb olunan balı toplayıb.

Digər ali təhsil müəssisələrinin məzunlarının nəticələri ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

Təhsil müəssisəsini adı

TQDK-nın əmri ilə qəbul olanların sayı

Dövlət qulluğuna imtahandan uğurla keçənlərin sayı

Faizlə (%)

Azərbaycan Dövlət İqtisad Universiteti

538

251

46.7

Bakı Dövlət Universiteti

521

230

44.1

Azərbaycan Dövlət Aqrar Universiteti

163

43

26.4

Gəncə Dövlət Universiteti

134

53

39.6

Azərbaycan Dövlət Pedaqoji Universiteti

112

37

33.0

Azərbaycan Texniki Universiteti

101

30

29.7

Azərbaycan Dillər Universiteti

88

32

36.4

Azərbaycan Kooperasiya Universiteti

85

19

22.4

Azərbaycan Memarlıq və İnşaat Universiteti

83

24

28.9

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

82

33

40.2

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

78

48

61.5

Sumqayıt Dövlət Universiteti

73

25

34.2

Mingəçevir Dövlət Universiteti

73

8

11.0

Lənkəran Dövlət Universiteti

49

11

22.4

Azərbaycan Texnologiya Universiteti

48

6

12.5

Azərbaycan Universiteti

45

9

20.0

Bakı Slavyan Universiteti

39

11

28.2

Qafqaz Universiteti (fəaliyyəti dayandırılıb)

32

11

34.4

Naxçıvan Dövlət Universiteti

32

8

25.0

Bakı Biznes Universiteti

28

10

35.7

Azərbaycan Turizm və Menecment Universiteti

26

10

38.5

Milli Aviasiya Akademiyası

25

8

32.0

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

25

4

16.0

Qərb Universiteti

24

5

20.8

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

22

4

18.2

Odlar Yurdu Universiteti

21

3

14.3

Xəzər Universiteti

20

6

30.0

Elm və təhsil Mərkəzi "Təfəkkür" Universiteti

11

2

18.2

Məzunlarının sayı 10 nəfərdən az olan ali təhsil müəssisələri

128

25

19.5

Yekun: 2706 966 35.7

Məzunlarının sayı az olan ali təhsil müəssisələri üzrə göstəricilər statistik xəta çərçivəsindədir. Ona görə də onlar haqqında ümumi məlumatları ayrıca təqdim edirik.

10-dan az məzunu olan ali təhsil müəssisələrinin sayı 37-dir (21-i fəaliyyətini dayandırıb). Bu ali təhsil müəssiələrinin 128 məzunu imtahanda iştirak edib və onlardan yalnız 25 nəfər uğur qazanıb. Bu isə ümumilikdə imtahandan keçənlərin 2.6%-ni təşkil edir. Fəaliyyəti dayandırılmış ali təhsil müəssisəsələrinin sayı isə ümumilikdə 22-dir. Bu ali təhsil müəssisələrinin məzunlarından cəmi 15 nəfər (o cümlədən 11 nəfər Qafqaz Universiteti məzunu) imtahandan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti