...

Universitet əməkdaşları əmək haqqının 70 faizi məbləğində bayram mükafatı alacaqlar (FOTO)

Cəmiyyət Materials 21 Dekabr 2017 20:51 (UTC +04:00)
Ştatda olan bütün işçilərə pul mükafatları veriləcək.
Universitet əməkdaşları əmək haqqının 70 faizi məbləğində bayram mükafatı alacaqlar (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə pul mükafatları veriləcək.

Universitetdən Trend-ə verilən məlumata görə, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb. Əmrə əsasən, universitetin bütün əməkdaşlarının maddi rifah halının yaxşılaşdırılması üçün əməkhaqqının 70 faizi dəyərində maddi yardım ediləcək.

Qeyd edək ki, AzMİU-nun rektoru işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün hər il bu gündə və Novruz bayramı ərəfəsində universitetin professor-müəllim heyətindən tutmuş xidmətedici heyətdə çalışan bütün əməkdaşlarına maddi yardımlar olunması üçün əmr imzalayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti