...

Təhsil Nazirliyindən intihara cəhd edən məktəb direktoru ilə bağlı AÇIQLAMA

Cəmiyyət Materials 22 Dekabr 2017 12:45 (UTC +04:00)
Göyçay şəhərinin 9 saylı orta məktəbin direktorunun intihara cəhd etməsi ilə bağlı araşdırmaları prokurorluq orqanları aparır.
Təhsil Nazirliyindən intihara cəhd edən məktəb direktoru ilə bağlı AÇIQLAMA

Bakı. İlhamə İsabalayeva - Trend:

Göyçay şəhərinin 9 saylı orta məktəbin direktorunun intihara cəhd etməsi ilə bağlı araşdırmaları prokurorluq orqanları aparır.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən (TN) məlumat verilib.

Məlumatda bildirilib ki, araşdırmalar Göyçay Rayon Prokurorluğu tərəfindən aparılır.

TN hadisə ilə əlaqədar başqa açıqlama verməyəcəyini də açıqlayıb.

Qeyd edək ki, Göyçay şəhərinin 9 saylı orta məktəbin qarşısında məktəb direktoru, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu qolunun şah damarını kəsərək intihara cəhd edib. Göyçay rayon Mərkəzi Xəstəxanasında təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti