...

Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı 793-ə çatıb (FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2017 15:30 (UTC +04:00)
Dövlət qeydiyyatına alınmış dini icmalara şəhadətnamələr təqdim edilib
Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı 793-ə çatıb (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış 9 dini icmaya şəhadətnamələr təqdim edilib.

Komitədən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov “İslam Həmrəyliyi İli”nin elan olunmasının həm daxili, həm də beynəlxalq-ümumbəşəri çağırışları ehtiva etdiyini deyib və tarixən İslam dünyasının bir parçasına çevrilmiş ölkəmizin bununla öz milli-mənəvi dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirdiyini vurğulayıb.

Sonda icma sədrlərinə qeydiyyat şəhadətnamələri təqdim edilib.

Qeyd edək ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi “Hacı Bəyverdi” məscidi, Ucar rayonu Alpout kəndi Hz. Əbəlfəzl adına “Cümə” məscidi, Ucar rayonu Müsüslü kənd məscidi, Lənkəran rayonu Şovu kənd məscidi, Lənkəran rayonu Diryan kənd məscidi, İmişli şəhəri “İmam Hüseyn” məscidi, Saatlı rayon Çolpı kəndi “İmam Əli” məscidi Masallı şəhəri, Ərkivan qəsəbə inzibati ərazi dairəsinin “Şeyx Səfi” məscidi və Neftçala rayonu Şirvanlı kəndi “Həsənağa” məscidi dini icmaları dövlət qeydiyyatına alınıb.

Bununla Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı 793-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti