...

UNEC kollektivi iməcilik keçirib (FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2017 10:32 (UTC +04:00)
UNEC kollektivi iməcilik keçirib.
UNEC kollektivi iməcilik keçirib (FOTO)

Bakı. Trend:

Dekabrın 24-də UNEC kollektivi Badamdar qəsəbəsində öncədən əkdikləri yaşıllıq zolağında iməcilik keçirib.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, universitetin professor-müəllim heyəti, əməkdaşları və tələbələri ötən il dekabrın 24-də qəsəbə ərazisində yerləşən 2 hektar boş sahədə əkdikləri 1500-dən artıq ağaca qulluq ediblər.

Qeyd edək ki, UNEC-in yaşıllıq zonasının salınmasında əsas məqsəd ölkədə həyata keçirilən ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların salınması, bərpası və genişləndirilməsi layihələrinə dəstək göstərmək və insanlar arasında təbiətə qayğı hissini gücləndirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti