...

Dövlət İmtahan Mərkəzinin saytının yeni versiyası təqdim olunub

Cəmiyyət Materials 25 Dekabr 2017 13:48 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzinin saytının yeni versiyası təqdim olunub.
Dövlət İmtahan Mərkəzinin saytının yeni versiyası təqdim olunub

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Dövlət İmtahan Mərkəzinin saytının yeni versiyası təqdim olunub.

Trend-in məlumatına görə, tədbirdə bildirilib ki, saytın dizaynı dəyişdirilməklə yanaşı, strukturuna yeni bölmələr əlavə edilib, istifadəçilərin rahatlığının təmin edilməsi üçün hər bir bölməyə aid “xəbərlər”, “faydalı”, “e-xidmətlər”, “sənədlər”, “təqvim”, “FAQ” altbölmələri hazırlanıb.

Saytın informasiya təminatı ilə yanaşı, il ərzində 7 milyondan çox istifadəçiyə elektron xidmət göstərməsi nəzərə alınaraq, dövri olaraq aktiv olan “elektron xidmət” keçidlərinin ön səhifədə yerləşdirilməsi təmin edilib. Yeni dizaynda istifadəyə verilmiş sayt məlumatların və yeniliklərin ictimaiyyətə operativ, rahat çatdırılmasında mühüm rol oynayacaq.

Tədbirdə orta ümumtəhsil müəssisələrində təhsil alanların buraxılış imtahanı materiallarının hazırlanmasında, ekspertizasında, yazı işlərinin yoxlanılmasında, regionlarda fənn seminarlarının keçirilməsində fəal iştirak edən 7 ekspert-müəllim, dövlət qulluğuna qəbul və dövlət qulluğu vəzifələrinin tutulması üzrə müsahibələrdə iştirak edən 2 müstəqil ekspert fəxri fərmanla təltif olunub.

Həmçinin, dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin noyabrın 18-də keçirilən test imtahanı nəticələrinə əsasən müvəffəqiyyət əldə etmiş namizədlərə sertifikatlar təqdim olunub.

Xatırladaq ki, imtahanda iştirak edən namizədlərdən AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 2, AC2 altqrupu üzrə 3, AC3 altqrupu üzrə 2 və AC4 altqrupu üzrə 4 nəfər olmaqla, ümumilkdə 13 nəfər uğur qazanıb. Bu şəxslər dövlət qulluğunda tətbiq olunan yeni qanunvericiliyə əsasən sertifikat almış ilk namizədlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti