...

Bakıda 6 yerdə turist informasiya mərkəzi yaradılacaq

Cəmiyyət Materials 25 Dekabr 2017 15:35 (UTC +04:00)
Bakıda 6 yerdə turist informasiya mərkəzi yaradılacaq.
Bakıda 6 yerdə turist informasiya mərkəzi yaradılacaq

Bakı. Samir Əli - Trend:

Bakıda 6 yerdə turist informasiya mərkəzi yaradılacaq.

Trend-in məlumatına görə, bu barədə Milli Turizm Təbliğat Bürosunun əməkdaşı Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı işlərə başlanıb:

"Məqsəd ölkəyə gələn turistlərə lazımi yerlər barədə məlumat vermək və onlara yardım etməkdir. Həmin mərkəzlər vasitəsilə turistlər Azərbaycanın turizm zonaları barədə konkret məlumatlar ala biləcəklər. Turistlər həmin mərkəzlərə həmçinin Azərbaycanda qarşılaşdıqları problemlər barədə məlumat verəcəklər".

K.Quluzadə qeyd edib ki, turistlərin problemləri aidiyyatı üzrə göndəriləcək və büro həmin problemlərin aradan qaldırılmasına yardımçı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti