...

Nazir müavini şagirdlərin sağlamlıq səviyyəsindən danışdı

Cəmiyyət Materials 26 Dekabr 2017 09:46 (UTC +04:00)
Şagirdlərin sağlamlıq səviyyəsi təhsil sistemində bədən tərbiyəsi və idman işinin düzgün təşkilindən asılıdır.
Nazir müavini şagirdlərin sağlamlıq səviyyəsindən danışdı

Bakı. İlhamə İsabalayeva - Trend:

Şagirdlərin sağlamlıq səviyyəsi təhsil sistemində bədən tərbiyəsi və idman işinin düzgün təşkilindən asılıdır.

Trend-in məlumatına görə, bunu təhsil naziri Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, idmana marağın formalaşması əhalinin müxtəlif sosial qruplarında, ilk növbədə, uşaqlarda, yeniyetmələrdə, gənclərdə məşğələlərə dair diferensial və qrup qaydalarının işlənməsi üçün xüsusilə vacibdir. Bununla əlaqədar olaraq onların idmana cəlb edilməsinin effektiv sistemi sağlam həyat tərzinin formalaşmasına yardım edir:

"Heç kimə sirr deyildir ki, idman insanın uzunömürlü olmasına, ailənin möhkəmlənməsinə, müxtəlif sosial-demoqrafik qruplarda və ümumilikdə, ölkədə sağlam mənəvi-psixoloji iqlimin təşəkkül tapmasına, travmatizmin, xəstəliyin azalmasına gətirib çıxarır. İdman problemi ölkənin rəhbərliyi tərəfindən ən yüksək səviyyədə nəzərdən keçirilir və bununla da qeyd olunur ki, idman əhəmiyyətli maliyyə vəsaitlərinə qənaət edərək və cəmiyyətdəki sosial gərginliyi aradan qaldıraraq sağlamlığı yaxşılaşdırır, xəstələnmə riskini azaldır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti