...

Deputat xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili ilə bağlı TV-də verilişlərin açılmasını təklif edib

Cəmiyyət Materials 29 Dekabr 2017 20:45 (UTC +04:00)
Qənirə Paşayeva xaricdə yaşayan azərbaycanlılar üçün televiziya kanallarında “Azərbaycan dilini öyrənək” verilişlərinin açılması təklifi ilə çıxış edib.
Deputat xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili ilə bağlı TV-də verilişlərin açılmasını təklif edib

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə xaricdə yaşayan azərbaycanlılar üçün televiziya kanallarında "Azərbaycan dilini öyrənək" verlişlərinin açılması təklifi ilə çıxış edib.

Trend-in məlumatına görə, millət vəkili ölkə televiziyalarında "Azərbaycan dilini öyrənək" dərslərinin keçirilməsinə ehtiyac olduğunu deyib və xaricdə yaşayan soydaşlarımızın bununla bağlı təkliflərini səsləndirib.

Q.Paşayevanın sözlərinə görə, Azərbaycandan xaricdə yaşayan azərbaycanlılar- istər İranda, Cənubi Azərbaycanda, istər İraqda, istərsə də Dağıstanda yaşayan soydaşlarımızın əksəriyyəti latın əlifbasında oxuya bilmirlər: "Ona görə də Azərbaycan mətbuatını, agentliklərini izləyə bilmirlər, Azərbaycanda çap olunan kitabları oxuya bilmirlər və Azərbaycanla bağlı geniş məlumatları oxumaq onlar üçün çətindir. Bundan başqa uzun illər bundan əvvəl xarici ölkələrə üz tutmağa məcbur olan azərbaycanlıların bir çoxunun isə nəvələri, nəticələri latın əlifbası bir tərəfə, ümumiyyətlə azərbaycan dilini ya bilmirlər, ya da çox pis bilirlər. Yəni bir çoxu öz ana dilini yaxşı bilmir. Hər zaman Azərbaycan dövləti hüdudlarından kənarda yaşayan soydaşlarımızla görüşəndə onlar televiziya kanallarımızda azərbaycan dili dərsinin vacibliyindən danışır və bu məsələnin reallaşmasını xahiş edirlər. Həmin televiziya dərslərində azərbaycan dilinin öyrədilməsinə əlifbadan başlanılır və yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə yenidən dili, əlifbanı öyrənmək istəyən insanların üçün böyük imkanlar olur. Özəlliklə dövlət büdcəsindən maliyyələşən televiziya kanallarımızda və ümumiyyətlə digər kanallarımızda da "Azərbaycan dilini öyrənək" verilişinə böyük ehtiyac var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti