...

Hərbi hissədə bir gün (VİDEO)

Cəmiyyət Materials 4 Yanvar 2018 12:15 (UTC +04:00)
Dəniz sahili, təmiz hava, genişliyi və səliqə-səhmanı ilə gözoxşayan həyət.
Hərbi hissədə bir gün (VİDEO)

Bakı. Trend:

Dəniz sahili, təmiz hava, genişliyi və səliqə-səhmanı ilə gözoxşayan həyət. Malik olduğu rahatlığı ilə müasir istirahət mərkəzlərini xatırlatsa da, bura Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin ərazisidir.

Trend nazirliyə istinadən məlumat verir ki, hünün nizam qaydalarına görə hərbi hissənin dərs otaqlarında hər bir bölüyün yerinə yetirdiyi tapşırığa uyğun olaraq müxtəlif dərslər keçirilir. Döyüş hazırlığı dərsləri zamanı əsgərlərə silah və sursatdan düzgün istifadə etmə və təhlükəsizlik qaydaları öyrədilir. Atəş hazırlığı dərsində təlimatçı zabit xüsusi gecəgörmə cihazlarının texniki göstəriciləri və imkanları barədə əsgərlərə dolğun məlumat verir.

Praktik dərslər üçün ayrılmış geniş sahədə hərbi hissənin zabitləri tərəfindən keçirilən məşğələlər zamanı əsgərlərə döyüş şəraitində düşməni məhv etməyin yolları öyrədilir. Təlimatçı zabitin göstərişindən sonra əsgər əl qumbarası ilə hədəfi məhv edir.

Şəxsi heyətin fiziki cəhətdən də hər an hazır olması üçün qidalanma xususi yer tutur. Yeməkxanaya ayaq basan andan hərbi qulluqçuların gündəlik qida rasionunun yüksək səviyyədə təşkil olunduğunu görmək mümkündür.

Elə hərbi hissədəcə isti çörək və bulkalar bişirilərək birbaş əsgərlərin süfrəsinə gəlir. Gün ərzində şəxsi heyətə üç dəfə yemək hazırlanır. Milli mətbəximizə isə xüsusi üstünlük verilir. Təklif olunan yeməklərin çeşid müxtəlifliyi hər bir əsgərə ürəyi istəyən yeməyi seçmək imkanı verir.

Hərbi hissədə müasir tələblərə cavab verən, tamamilə avtomatlaşdırılmış hamam-camaşırxana kompleksi fəaliyyət göstərir. Burada camaşırlar yuyulub, ütülənib çeşidləndikdən sonra yenidən bölmələrə təhvil verilir.

Şəxsi heyətin geyiminin səliqəliliyini qorumaq məqsədilə burada dərzi otağı da yaradılıb. Hamamxana bölməsində isə əsgərlərin yuyunması üçün hər bir şərait var, eyni zamanda, sauna fəaliyyət göstərir.

Silahlı Qüvvələrdə şəxsi heyətin sağlamlığının qorunması ən vacib məsələlərdən biridir. Hərbi hissədə fəaliyyət göstərən Tibb xidməti bölməsində peşəkar həkim qrupu şəxsi heyətin sağlamlığının keşiyində şərəflə xidmət edir.

Hərbi texnika və canlı qüvvələrin döyüş nöqtəsinə vaxtında çatdırılmasında böyük rolu olan hərbi hissənin avtomobil parkı adi günlərdən birini yaşayır. Günün nizam qaydalarına uyğun olaraq sürücülər avtomobillərə texniki qulluq göstərirlər. Həftənin şənbə günləri keçirilən park günlərində isə avtomobillər bir daha xüsusi yoxlama və baxışdan keçirilərək hazır vəziyyətə gətirilir.

Hərbi hissədə hər bir bölüyün şəxsi əşyalarının saxlanma otağı mövcuddur. Bu otaqda Fəxri Qarovul bölüyünün səxsi heyəti geyim formalarını səliqəli şəkildə saxlaya bilir ki, bu da onların hər zaman səbrsizliklə gözlədikləri qələbə paradına hazır olduqlarını göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti