...

Bakı Beynəlxalq Avtovağzalı bir günə 18 min sərnişin daşıyıb

Cəmiyyət Materials 4 Yanvar 2018 13:17 (UTC +04:00)
Bakı Beynəlxalq Avtovağzal Kompleksi bir günə 18 min sərnişin daşıyıb.
Bakı Beynəlxalq Avtovağzalı bir günə 18 min sərnişin daşıyıb

Bakı. Samir Əli - Trend:

Bakı Beynəlxalq Avtovağzal Kompleksi bir günə 18 min sərnişin daşıyıb.

Bu barədə Trend-ə açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Yaşar İsakov deyib.

Onun sözlərinə görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il ilə əlaqədar təmsil etdiyi qurum dekabrın 25-dən yanvarın 4-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib:

"Bayram ərəfəsində ən çox sərnişin sıxlığı yaşanan gün 30 dekabr olub. Həmin gün təxminən 18 minə qədər sərnişin daşınıb. Hazırda da Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışır. Bayramdan sonrakı günlərdə gün ərzində təxminən 11-12 min sərnişin daşınıb".

Y.İsakov bildirib ki, ötən illərlə müqayisədə onlayn bilet satışında aktivlik müşahidə olunub: "Təyin edilmiş qrafiklər üzrə öncədən bilet satışının təxminən 40 faizini onlayn satış təşkil edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti