...

AZAL: Nyu-York – Bakı reysi yubanır

Cəmiyyət Materials 6 Yanvar 2018 22:19 (UTC +04:00)
J2-101 Bakı-Nyu-York reysini yerinə yetirən AZAL aviaşirkətinə məxsus təyyarə hazırda Nyu-Yorkda hava limanının perronunda dayanıb və sərnişinlərin enməsi üçün mövcud qapı gözləyir.
AZAL: Nyu-York – Bakı reysi yubanır

Bakı. Maksim Tsurkov - Trend:

J2-101 Bakı-Nyu-York reysini yerinə yetirən AZAL aviaşirkətinə məxsus təyyarə hazırda Nyu-Yorkda hava limanının perronunda dayanıb və sərnişinlərin enməsi üçün mövcud qapı gözləyir.

Bu barədə aviaşirkət "Facebook" sosial şəbəkəsində məlumat yayıb.

Buna səbəb şəhərdə olan əlverişsiz hava şəraiti və Con Kennedi Beynəlxalq Aeroportunda (JFK) yerüstü hava limanı xidmətlərində ləngimədir.

"Yaranmış vəziyyət ilə əlaqədar olaraq, J2-102 Nyu-York-Bakı əks reysi də yubanır", deyə aviaşirkət bildirir.

Uzun yubanmalar olduğu təqdirdə aviaşirkətin qaydalarına uyğun olaraq sərnişinlərin bütün lazımi ehtiyacları təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti