...

Azərbaycan gənclərinin Macarıstanda təhsil ala bilməsi üçün ŞANS

Cəmiyyət Materials 8 Yanvar 2018 12:48 (UTC +04:00)
Azərbaycan gənclərinin Macarıstanda təhsil ala bilməsi üçün yeni təqaüd proqramı elan edilib.
Azərbaycan gənclərinin Macarıstanda təhsil ala bilməsi üçün ŞANS

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan gənclərinin Macarıstanda təhsil ala bilməsi üçün yeni təqaüd proqramı elan edilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təqaüd proqramı Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır. Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüdün ayrılması nəzərdə tutulur.

Ümumilikdə tam bakalavriat və magistratura səviyyəsində kənd təsərrüfatı, su idarəetməsi üzrə10 təqaüd, təbiət elmləri, davamlı inkişaf üzrə 20 təqaüd,
turizm üzrə 15 təqaüd, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar üzrə 75 təqaüd, iqtisadiyyat, biznes və idarəetmə elmləri üzrə 55 təqaüd, doktorantura təhsili üzrə ( istənilən maraq dairəsi üzrə) 25 təqaüd ayrılıb.

Namizədlərin elektron müraciəti üçün son tarix 16.02.2018-ci ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti