...

Sabirabadda 39 km-lik yolun yenidən qurulmasına başlanılıb (FOTO/ VİDEO)

Cəmiyyət Materials 8 Yanvar 2018 18:15 (UTC +04:00)
Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edəcək.
Sabirabadda 39 km-lik yolun yenidən qurulmasına başlanılıb (FOTO/ VİDEO)

Bakı. Trend:

Sabirabadda 39 km-lik yolun yenidən qurulmasına başlanılıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edəcək.

Hazırda yol boyu deformasiyaya uğramış hissələr bərpa olunur, yeni yol əsası inşa edilir. Daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü salınacaq. Ümumilikdə yola 230 min m2-dən çox asfalt örtük döşənəcək.

Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınacaq, zəruri olan yerlərdə yeniləri qurulacaq. Bərpa işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

İşlərin tərtib olunmuş qrafikə uyğun bu il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti