...

Milli Oftalmologiya Mərkəzi AMEA-da aksiya keçirib

Cəmiyyət Materials 12 Yanvar 2018 20:18 (UTC +04:00)
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aksiya keçirib.
Milli Oftalmologiya Mərkəzi AMEA-da aksiya keçirib

Bakı. İlhamə İsabalayeva - Trend:

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aksiya keçirib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, dövlət başçısının səhiyyə sahəsində reallaşdırdığı layihələrin tərkib hissəsi olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi müxtəlif humanitar aksiyalar həyata keçirir. Mərkəz mütamadi olaraq respublikanın müxtəlif regionlarında pasientlərə səyyar xidmət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasında aksiya dünən və bu gün keçirilib. Məqsəd pasientlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və yerindəcə həll etməkdir.

İndiyə qədər aksiya çərçivəsində 380 nəfər müayinə edilib.

Qeyd edək ki, 2005-ci ildən bu günə qədər Səyyar Klinika respublikanın 92 rayon və şəhərlərinə 130 dəfə aksiya keçirib və 22 945 xəstəni müayinə edib, 2700-dən çox xəstə əməliyyat edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti