...

Teleqüllənin yaxınlığında çatlar böyüdü - eni 1, dərinliyi 6-7 metrə çatdı (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2018 11:38 (UTC +04:00)
“Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında yaranan çatlar genişlənib.
Teleqüllənin yaxınlığında çatlar böyüdü - eni 1, dərinliyi 6-7 metrə çatdı (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

“Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında yaranan çatlar genişlənib.

Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ərazinin bəzi yerlərində artıq eni 1 metrə, dərinliyi 6-7 metrə çatan çatlar yaranıb. İstinad divarlarındakı çatların eni də 15 sm-ə çatıb: "İstinad divarının yanında şaquli olaraq, yamac kəsilib. Burada belə proseslərin baş verməsinə baxmayaraq, ərazidə yol çəkilir. Sürüşmənin qarşısını almaq üçün isə heç bir tədbir görülmür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti