...

Ötən il 2751 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib

Cəmiyyət Materials 17 Yanvar 2018 20:13 (UTC +04:00)
2017-ci ilin yanvar-noyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2751 nəfər Azərbaycana gələn qeydə alınıb.
Ötən il  2751 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib

Bakı. Elçin Mehdiyev - Trend:

2017-ci ilin yanvar-noyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 2751 nəfər qeydə alınıb.

Trend-in məlumatına görə, 1704 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1047 nəfər təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-avqust ayları ərzində isə 2080 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib. Həmin müddət ərzində isə 1202 nəfər isə Azərbaycandan gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti