...

Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizmlə bağlı proqram keçirilir

Cəmiyyət Materials 17 Yanvar 2018 22:01 (UTC +04:00)
“Gənclər Arasında Milli-Dini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi” Proqramına start verilir.
Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizmlə bağlı proqram keçirilir

Bakı. Trend:

“ASAN Könüllüləri” Təşkilatı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 2.1.3-cü bəndinə müvafiq olaraq “Gənclər Arasında Milli-Dini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi” Proqramına start verilir.

Trend-in məlumatına görə, paytaxt və regionları əhatə edəcək proqram çərçivəsində “Fotoqrafların gözü ilə dini tolerantlıq” mövzusunda fotosərgi keçiriləcək, həmçinin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Şəhadət” filmi nümayiş olunacaq, maarifləndirmə tədbirləri reallaşacaq.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrdə olduğu kimi bu sahəyə də göstərdiyi qayğı nəticəsində ölkəmizdə din dəyərləri, dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Təsadüfi deyil ki, bu gün istənilən dinlərin nümayəndələri sərbəst şəkildə öz dini ayinlərini həyata keçirir, bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və dövlət qurumlarında təmsil olunurlar. Təbiidir ki, mövcud olan bu vəziyyət mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.

Qəbul edilmiş və növbəti 5 ildə gənclər sahəsində dövlət siyasətini müəyyən edən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında Gənclər Arasında Milli-Dini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi bəndinin yer alması Azərbaycanda ölkə siyasətinin tolerantlıq, dialoq mühitinin gücləndirilməsi, gənclərin hüquqlarına riayət olunması, çağdaş dəyərlərin möhkəmləndirilməsi kimi prinsiplərə əsaslandığını bir daha sübut etdi.

Keçiriləcək proqramın əsas məqsədi də Azərbaycanın dövlət siyasəti olan, dini dözümlülüyün, milli-mənəvi dəyərlərin, tolerantlıq nümunələrinin düzgün şəkildə gənclərə təbliğ edilməsi, eləcə də ölkəmizdə mövcud olan dinlərarası nümunəvi əlaqələrin, tolerantlığın, əsrlərdən bəri formalaşan köklü bir ənənənin, qarşılıqlı hörmət və əməkdaşlığın mövcudluğunun geniş şəkildə onlara çatdırılmasıdır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti