...

Ümumxalq Hüzn Gününün havası açıqlandı - Temperatur enəcək, hava küləkli olacaq (ÖZƏL)

Cəmiyyət Materials 18 Yanvar 2018 11:44 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarmadasında, o cümlədən Aran rayonlarında havanın temperaturu nisbətən yüksələcək.
Ümumxalq Hüzn Gününün havası açıqlandı - Temperatur enəcək, hava küləkli olacaq (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva – Trend:

Sabah Bakıda və Abşeron yarmadasında, o cümlədən Aran rayonlarında havanın temperaturu nisbətən yüksələcək.

Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, bu gün Bakıda və Abşeron yarımadasında gündüz havanın temperaturunun 6-8 dərəcə isti olacağı proqnozlaşdırılır. Sabah gündüz isə temperatur yüksələrək 7-12 dərəcə olacaq. Mərkəzi Aran rayonlarında isə temperatur 5-10 dərəcə isti müşahidə ediləcək.

A.Verdiyev qeyd edib ki, dağlıq ərazilərdə şaxtalı hava hökm sürəcək. Sabah dağlıq ərazuilərdə 0-3 dərəcə şaxta gözlənilir.

A.Verdiyev qeyd edib ki, yanvarın 20-də havanın temperaturu yenidən enəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 6-8 dərəcə təşkil edəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Xəbər lenti

Xəbər lenti