...

Bakı metrosunda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Yanvar 2018 13:28 (UTC +04:00)
Bu gün 20 yanvar faciəsinin 28-ci ildönümü Bakı metropolitenində də anılıb.
Bakı metrosunda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gün 20 Yanvar faciəsinin 28-ci ildönümü Bakı metropolitenində də anılıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Trend-ə verdiyi məlumata görə, metronun bütün stansiyalarında matəm musiqiləri səsləndirilib.

Saat 12:00-da metronun "20 yanvar" stansiyasında anım mərasimi keçirilib. Həmin vaxt bütün stansiyalarda və tunellərdə qatarların və sərnişinlərin hərəkəti dayandırılıb, 1 dəqiqəlik fit verilib və şəhidlərin əziz xatirəsi yad edilib.

"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov və metropoliten əməkdaşları "20 yanvar" stansiyasında şəhidlərin xatirəsinə hazırlanan kompozisiyanı ziyarət edib, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti