...

Səfir: Azərbaycanda yaşlı nəsil hind filmlərini böyük nostalji ilə xatırlayır

Cəmiyyət Materials 23 Yanvar 2018 21:21 (UTC +04:00)
Birgə irs və tarixi əlaqələr sayəsində, Hindistan və Azərbaycan yaxın mədəni əlaqələrə malikdir.
Səfir: Azərbaycanda yaşlı nəsil hind filmlərini böyük nostalji ilə xatırlayır

Bakı. Gülqız Muradova, Elçin Mehdiyev - Trend:

Birgə irs və tarixi əlaqələr sayəsində, Hindistan və Azərbaycan yaxın mədəni əlaqələrə malikdir. Bu, Hindistan filmlərinin, rəqs və musiqisinin Azərbaycanda yüksək populyarlığa malik olması ilə də görünür.

Bunu Trend-ə Hindistanın Bakıdakı səfiri Sancay Rana deyib.

Onun sözlərinə görə, sovet dövründə Hindistan filmləri Azərbaycanda geniş şəkildə nümayiş etdirilib və yaşlı nəsil hind filmlərini böyük nostalji ilə xatırlayır. Səfir Azərbaycan filmləri haqqında da xoş sözlər deyib: "Azərbaycan filmləri Hindistan film festivallarında olduqca yaxşı nəticələr göstərir. Bu yaxınlarda tanınmış rejissor Şamil Əliyevin "Çölçü" filmi Kəlküttə Beynəlxalq Kult Filmlər Festivalında uğur qazanıb".

Diplomat həmçinin qeyd edib ki, Hindistan mətbəxi və zəngin ədviyyatı ilə məşhurdur: "Hindistanda "pulao" adlanan müxtəlif növ plovlar yeməksevərlər üçün bir zövqdür. Bu, sözsüz ki, illərlə paylaşılan minlərlə irs və əlaqələrin göstəricisidir. Azərbaycanın da bənzərsiz dada malik unikal yeməkləri olan milli mətbəxi var. Azərbaycanda yüksək keyfiyyətli zəfəran, sumaq kimi bir çox gözəl ədviyyatlar istehsal edilir. Hesab edirəm ki, Azərbaycan mətbəxi bu qədim torpaqları ziyarət edən turistlər üçün böyük bir cazibədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti