...

Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman satılması qadağan edilə bilər

Gündəm Materials 22 Yanvar 2018 12:01 (UTC +04:00)
Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılıması qadağan edilə bilər.
Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman satılması qadağan edilə bilər

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satışı qadağan edilə bilər.

Trend-in məlumatına görə, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Dəyişiklikdə məqsəd 14 yaşı tamam olmamış şəxslərin həyat və sağlamlığına ziyan vurulmamasını nəzərə alaraq, onlara dərman vasitələrinin buraxılmasının qadağan edilməsidir.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti