...

Evlənmək istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib

Cəmiyyət Materials 22 Yanvar 2018 12:31 (UTC +04:00)
Azərbaycanda nikaha daxil olmaq istəyənlərin müayinə oldunduğu xəstəliklərin sayının artlırılması, hepatit B və hepatit C-nin də müayinəsinin icbari olan xəstəliklərin siyahısına daxil edilməsi təklif edilib.
Evlənmək istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin müayinə oldunduğu xəstəliklərin sayının artlırılması, hepatit B və hepatit C-nin də müayinəsinin icbari olan xəstəliklərin siyahısına daxil edilməsi təklif edilib.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev komitənin bugünkü iclasında çıxış edib.

M.Quliyev bununlıa bağlı Ailə Məcəlləsinə dəyişikliklərin edilməsini təklif edib:

“Nikahdan əvvəl bir necə xəstəlik üzrə məcburi müayinələr həyata keçirilir. Bunun olduqca yaxşı nəticələri var. Bu, gələcəkdə sağlam nəslin yetişməsində böyük rol oynayır. Təklif edərdim ki, hepatit B və hepatit C-nin də xəstəliklərinin müayinə paketinə daxil etmək üçün Ailə Məcələsinə dəyişiklik edək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti