...

Bakı - Rostov sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək

Cəmiyyət Materials 25 Yanvar 2018 16:09 (UTC +04:00)
Bakı - Rostov sərnişin qatarının hərəkət cədvəlində yanvarın 27-dən etibarən dəyişiklik ediləcək.
Bakı - Rostov sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək

Bakı. Trend:

Bakı - Rostov sərnişin qatarının hərəkət cədvəlində yanvarın 27-dən etibarən dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “Rusiya Dəmir Yolları” ASC tərəfindən sərnişin qatarlarının hərəkət cədvəllərində aparılan dəyişikliklərə əsasən, Rusiya Dəmir Yollarına məxsus heyətlə hərəkət edən 391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarının hərəkət cədvəli 27.01.2018-ci il tarixdən etibarən dəyişdirilir.

Qatar öz dövriyyəsi ilə - payız-qış mövsümündə dörd gündən bir, yay mövsümündə isə günaşırı hərəkət etməklə, 27.01.2018-ci il tarixdən etibarən ayın tək tarixlərində saat 3-25-də yola düşəcəkdir.

Sərnişin qatarlarının 27.01.2018-ci il tarixdən etibarən hərəkət cədvəli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti