...

Hərbi prokurorluq orqanları korrupsiya və rüşvətxorluq üzrə 146 şəxs barəsində cinayət işinin istintaqını tamamlayıb

Cəmiyyət Materials 26 Yanvar 2018 13:32 (UTC +04:00)
Hərbi prokurorluq orqanları korrupsiya və rüşvətxorluq üzrə 146 şəxs barəsində cinayət işinin istintaqını tamamlayıb.
Hərbi prokurorluq orqanları korrupsiya və rüşvətxorluq üzrə 146 şəxs barəsində cinayət işinin istintaqını tamamlayıb

Bakı. Trend:

Hərbi prokurorluq orqanları tərəfindən korrupsiya və rüşvətxorluq üzrə 146 şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2017-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Baş prokurorun müavini - Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

X.Vəliyev diqqətə çatdırıb ki, respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2017-ci ildə korrupsiya və rüşvətxorluq faktları üzrə 146 şəxs barəsində 123 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə müvafiq hərbi məhkəmələrə göndərilib.

Ədliyyə general-leytenantı vurğulayıb ki, 2017-cı ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib: "Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, onların əməlləri nəticəsində dövlətə vurulmuş maddi ziyanın 86,8 faizi istintaq zamanı ödətdirilib".

X.Vəliyev bildirib ki, ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 36 nəfər tutularaq istintaqa cəlb edilib:

"Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 153 yoxlama keçirilməklə 2887 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 268 təqdimat verilib, 256 nəfərə xəbərdarlıq elan edilib, 28 cinayət işi başlanıb. Habelə təhqiqat orqanlarının icraatında olan işlər üzrə 119 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 670 qanunsuz qərar ləğv olunub. Onlardan 40-ı üzrə cinayət işi başlanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti