...

Qeydiyyata alınmayan vərəm xəstələrini müalicə edən həkimlərin cəzalandırılması təklif edilir

Cəmiyyət Materials 30 Yanvar 2018 12:57 (UTC +04:00)
Azərbaycanda rəsmi qeydiyyata alınmayan vərəm xəstələrini müalicə edən həkimlərin cəzalandırılması təklif edilir.
Qeydiyyata alınmayan vərəm xəstələrini müalicə edən həkimlərin cəzalandırılması təklif edilir

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda rəsmi qeydiyyata alınmayan vərəm xəstələrini müalicə edən həkimlərin cəzalandırılması təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Qənirə Paşayeva “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” adlı dinləmələrdə çıxış edib.

Onun sözlərinə görə, vərəm xəstələrinin qeydiyyata alınmadan müalicəsinin aparılması bu müalicənin sistemsiz aparılmasına və sonda xəstələrin vərəmin daha ağır forması olan dərmana davamlı vərəm xəstəsi olmasına gətirib çıxarır: “Vərəm xəstələrinin qeydiyyatının olmaması çox ağır problemdir. Bu problemə daha çox kənd yerlərində rast gəlinir. Bəzən həkimlər xəstələri qeydiyyata almadan müalicə edirlər. Həkimlərə qarşı bir cəza olmalıdır ki, onlar xəstələri rəsmi qeydiyyata almadan müalicə etməsinlər, heç bir tibb müəssisəsi bu addıma əl atmasın. Həkimlərimiz bunun məsuliyyətini başa düşməlidirlər”.

Q.Paşayeva deyib ki, vərəmlə bağlı maarifləndirmə işlərinin genişləndirilməsi çox vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti