...

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2018 09:45 (UTC +04:00)
27 yanvar tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA Resurs Mərkəzində bu ilin ilk laboratoriya təlimi keçirilib.
Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunub (FOTO)

Bakı. Trend:

27 yanvar tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA Resurs Mərkəzində bu ilin ilk laboratoriya təlimi keçirilib.

IDEA-dan Trend-ə verilən məlumata görə, 2018-ci ildə keçiriləcək təlimlərin BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun mövzularda təşkil edilməsi nəzərdə tutulub.

IDEA İctimai Birliyinin sıx əməkdaşlıq etdiyi BMT-nin İnkişaf Proqramından müstəqil ekspert Elana Səyidli yanvar laboratoriyasının xüsusi qonağı qismində çıxış edərək BMT-nin Dayanıqlı inkişaf Məqsədləri ilə bağlı uşaqlara təqdimat keçirib.

Təlim zamanı “kiçik ekoloqlar”a iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmağın yolları, qlobal istiləşmənin səbəbləri və nəticələri, istixana effekti və s. haqda geniş məlumat verilib.

Həmçinin, uşaqlar iqlim dəyişikliyi ilə bağlı Planetimizdə baş verən dəyişiklikləri daha asan qavramaları üçün bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak ediblər.

Yanvar laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, Dayanıqlı İnkişaf Məqsədləri haqqında məlumatlı olmaları, həmçinin iqlim dəyişmələri və buna səbəb olan amillərlə tanış olmaları baxımından əlamətdar olub.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti