...

Magistraturaya qəbulun I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Cəmiyyət Materials 2 Fevral 2018 10:51 (UTC +04:00)
Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.
Magistraturaya qəbulun I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 4-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.

İmtahan Bakı, Naxçıvan və Gəncə və şəhərlərində, ümumilikdə 4 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 1307 nəfər qeydiyyatdan keçib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcək.

Bakalavrlar imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda bakalavr imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı xüsusi buraxılış rejimi tətbiq olunacaq və üzərində mobil telefon, konspekt, eləcə də digər yardımçı vasitələr aşkar olunan bakalavrlar imtahan binasına buraxılmayacaq.

Sınaq imtahanının məqsədi bakalavrlara münasib vaxtda qapalı və açıq formalı test tapşırıqları vasitəsi ilə onların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, İKT və xarici dil üzrə bilik, bacarıq və vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti