...

Nazirlik: Bəzən əczaçılıq müəssisələri lisenziya almaq üçün şəraitli anbarı müvəqqəti icarəyə götürürlər

Cəmiyyət Materials 5 Fevral 2018 12:40 (UTC +04:00)
Bəzən topdansatış əczaçılıq müəssisələri lisenziya almaq üçün müvafiq şəraitli anbarı müvəqqəti icarəyə götürürlər, lakin lisenziya aldıqdan sonra dərman vasitələrini qeyri-adekvat şəraitdə saxlayırlar.
Nazirlik: Bəzən əczaçılıq müəssisələri lisenziya almaq üçün şəraitli anbarı müvəqqəti icarəyə götürürlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Bəzən topdansatış əczaçılıq müəssisələri lisenziya almaq üçün müvafiq şəraitli anbarı müvəqqəti icarəyə götürürlər, lakin lisenziya aldıqdan sonra dərman vasitələrini qeyri-adekvat şəraitdə (günün altında, rütubətli yerdə, soyuducuda saxlanılmalı malları açıq havada və s.), başqa yerdə saxlayırlar.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən deyiblər.

Mərkəzdən bildirilib ki, dərman vasitəsinin istehsalından istehlakına qədər keçən müddətdə hansı şəraitdə və harada saxlanılmasının onun keyfiyyətinin qorunması baxımından böyük əhəmiyyəti var:

"Təcrübədə rast gəlinir ki, bəzi hallarda dərman vasitələri istifadə təlimatlarında qeyd olunan şəraitdə saxlanılmır. Nəticədə düzgün şəraitdə saxlanılmama dərman vasitəsinin keyfiyyətinə mənfi təsir göstərə bilir".

Mərkəzdən qeyd edilib ki, yeni təsdiqlənən "Dərman vasitələrinin topdansatışına dair tələblər" (Etibarlı Distribüter Təcrübəsi) dərman vasitələrinin daşınması, dərman vasitələrinin anbarlarda saxlanılması, topdansatış müəssisəsində dərman vasitəsinin keyfiyyətinin təmin edilməsi məsələləri, dərman vasitələrinin geri çağırılması zamanı görülən tədbirlər və heyətə dair tələblər əks olunub. Bu tələblərin qüvvəyə minməsi dərmanların topdansatış müəssisələrinə dair tələbləri müəyyən edərək, dərmanların dövriyyəsinin təhlükəsiz olmasını da təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti