...

Ötən gün ölkədə cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Cəmiyyət Materials 6 Fevral 2018 08:37 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 84 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb
Ötən gün ölkədə cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 84 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.

Trend-ə DİN-in mətbuat xidmətindən verilən məlumata əsasən, axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti