...

Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərə başlanılıb

Cəmiyyət Materials 6 Fevral 2018 18:35 (UTC +04:00)
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbirlər silsiləsinə Polşada start verilmişdir
Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərə başlanılıb

Bakı. Trend:

Varşava Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş elmi panel təşkil edilib.

Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə səfir Həsən Həsənov, Universitet və fakültə rəhbərliyi, müəllim heyyəti və tələbələr iştirak ediblər.

Paneldə tarix elmləri doktoru səfir Həsən Həsənov, VU Şərqi Avropa Araşdırma Mərkəzinin fəlsəfə elmləri doktoru David Kolbaia, VU Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Fakültəsinin əməkdaşı fəlsəfə elmləri doktoru Pavel Stavaş, Hərbi Akademiyanın Təhlükəsizlik fakültəsinin əməkdaşı xanım Malqojata Zavadzka və Azərbaycanşünaslıq tədris proqramının rəhbəri fəlsəfə elmləri doktoru Şəhla Kazımova çıxış ediblər.

Tədbirin ikinci hissəsində Azərbaycan xalq musiqisindən ibarət konsert keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti