...

Binədə qeyri-qanuni ibadət yeri aşkarlanıb

Cəmiyyət Materials 7 Fevral 2018 17:53 (UTC +04:00)
Binə qəsəbəsində qeyri-qanuni ibadət yeri aşkarlanıb.
Binədə qeyri-qanuni ibadət yeri aşkarlanıb

Bakı. Trend:

Binə qəsəbəsində qeyri-qanuni ibadət yeri aşkarlanıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitə, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və yerli icra hakimiyyəti orqanı əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən qeyri-qanuni ibadət yerinə baxış keçirilib.

Baxış əsnasında qanunazidd qaydada dini ayinlərin icrası, eləcə də “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin pozulduğu aşkar edilib.

Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Bəşirov Valeh Əvəz oğlu barəsində DQİDK-nın əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti