...

Bilik Fondu icma rəhbərlərini mükafatlandırdı (FOTO)

Cəmiyyət Materials 8 Fevral 2018 19:19 (UTC +04:00)
İcma rəhbərləri Oktay Səmədov və qurumun əməkdaşları ilə görüşüblər.
Bilik Fondu icma rəhbərlərini mükafatlandırdı (FOTO)

Bakı. Trend:

Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev və Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Bilik Fondunda icraçı direktor Oktay Səmədov və qurumun əməkdaşları ilə görüşüblər.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, O.Səmədov 2016-ci ildə "Multikulturalizm İli" və 2017-ci ildə "İslam Həmrəyliyi İli" çərçivəsində Azərbaycandakı tolerant mühitin təbliğat və təşviqatı istiqamətində həyata keçirdikləri uğurlu fəaliyyətə görə dini icma rəhbərlərinə minnətdarlığını bildirilib.

Fondun icraçı direktoru udilərin yaşadıqları Qəbələ rayonunun Nic və Quba rayonunun Qırmızı qəsəbələrinin ev sahibliyi etdikləri müxtəlif məzmunlu tədbirləri xatırladaraq, həm “Cotari” Alban-udi kilsəsi, həm də "Altı gümbəz" sinaqoqunda həyata keçirilmiş layihələrə icma rəhbərlərinin yüksək səviyyədə dəstək verdiklərini diqqətə çatdırıb.

Görüşdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamından söz açan O.Səmədov qonaqları Fondun fəaliyyət planına əsasən bu il şərçivəsində icmalarla birgə görüləcək işlər ətrafında fikir mübadiləsinin aparılmasına dəvət edib.

Müazakirələr zamanı icra rəhbərləri maraqlı təkliflər səsləndiriblər, Azərbaycan Cümhuriyyətinin dünya dövlətçilik tarixində şərəfli izlər qoyduğunu ölkə daxilində və xaricində təbliğ etməyə hazır olduqlarını vurğulayıblar.

Görüşün sonunda Mobili Robert Baqratoviç və Yevdayev Milix İlxananoviç Azərbaycanda tolerantlıq ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin təbliği ilə bağlı maarifləndirici layihələrdə fəal iştirak etdiklərinə görə Bilik Fondunun Fəxri Fərmanı ilə təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti