...

“Könüllülər üçün könüllü psixoloq” layihəsinə start verilib (FOTO)

Cəmiyyət Materials 8 Fevral 2018 19:45 (UTC +04:00)
“Gənc Psixoloqlar” ictimai birliyi tərəfindən “Könllülər üçün könüllü psixoloq” layihəsinə start verilib.
“Könüllülər üçün könüllü psixoloq” layihəsinə start verilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə, “ASAN Könüllüləri” təşkilatının təşkilati dəstəyi ilə “Gənc Psixoloqlar” ictimai birliyi tərəfindən “Könllülər üçün könüllü psixoloq” layihəsinə start verilib.

Trend-in məlumatına görə, layihə çərçivəsində ilkin olaraq iştirakçılarla görüş keçirilib. Görüş zamanı iştirakçılara layihən haqqında geniş məlumat verilib, görüləcək işlər haqqında müzakirələr aparılıb, layihənin hədəf və məqsədləri iştirakçıların diqqətinə çatdırılıb.

Layihə ərzində iştirakçılar "Gənclərdə özünüifadəyə maneə olan psixoloji amillər" mövzusunda müxtəlif təlimlər təşkil olunacaq və mövzu ətrafında interaktiv müzakirələr aparılacaq. Həmçinin iştirakçılarla fərdi psixoloji konsultasiya saatları təşkil olunacaq. Layihəni uğurla başa vuracaq iştirakçılar sertifikatlarla təltif olunacaqlar.

Qeyd edək ki, layihənin əsas məqsədi respublika əhəmiyyətli layihələrdə könüllü olaraq iştirak edən gənclər arasında ünsiyyət və özünüifadə çətinliyi yaşayanlara psixoloji yardımın göstərmək, onlarda böyük tədbirlərdə iştirak zamanı psixoloji gərginliyin azaldılması üçün praktiki məşğələlər keçməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti