...

Rusiyada qəzaya uğrayan "An-148" təyyarəsində Azərbaycan vətəndaşının olması təsdiqlənib

Cəmiyyət Materials 12 Fevral 2018 07:11 (UTC +04:00)
Rusiya FHN qəzaya uğrayan "An-148" təyyarəsinin göyərtəsində iki xarici vətəndaş - Azərbaycan və İsveçrə vətəndaşlarının olmasını təsdiqləyib.
Rusiyada qəzaya uğrayan "An-148" təyyarəsində Azərbaycan vətəndaşının olması təsdiqlənib

Bakı. Trend:

Rusiya FHN qəzaya uğrayan "An-148" təyyarəsinin göyərtəsində iki xarici vətəndaş - Azərbaycan və İsveçrə vətəndaşlarının olmasını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə nazirliyin saytında yerləşdirilən həlak olanların yenilənmiş siyahısında qeyd olunur: "Ulrich Klaeui — İsveçrə Konfederasiyasının vətəndaşı, Namiq Qəhramanov - Azərbaycan Respublikasınını vətəndaşı".

Qeyd edək ki, ötən gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus "An-148" sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti