...

Azərbaycan və Çin turizm sahəsində əməkdaşlığa başlayacaq

Cəmiyyət Materials 13 Fevral 2018 16:01 (UTC +04:00)
Azərbaycan və Çin yaxın zamanlarda turizm sahəsində əməkdaşlığa dair memorandum imzalayacaqlar.
Azərbaycan və Çin turizm sahəsində əməkdaşlığa başlayacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan və Çin yaxın zamanlarda turizm sahəsində əməkdaşlığa dair memorandum imzalayacaqlar. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, sənədin imzalanmasından sonra Çindən tursit qruplarının Azərbaycana səfərlərini təşkil etmək mümkün olacaq.

Ş.Mustafayev deyib: “Hər il 120 milyon çinli turist xarici ölkələrə səyahət edir. Biz bu sahədə işlər aparırıq. Yaxın zamanlarda Azərbaycanla Çin arasında turizm sahəsində memorandumun imzalanması gözlənilir. Məlum olduğu kimi, çinlilər arasında qrup səyahətləri çox populyardır. Həmin memorandumun imzalanmasından sonra çinli turistlərin Azərbaycana qrup səyahətlərini təşkil etmək olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti