...

Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək bakalavrların nəzərinə!

Cəmiyyət Materials 16 Fevral 2018 12:42 (UTC +04:00)
Azərbaycan ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək bakalavrların nəzərinə!

Bakı. Trend:

Azərbaycan ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının 1-ci mərhələsi fevralın 25-də keçiriləcək.

Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti