...

ADY Bakı-Ağstafa qatarının gecikməsi barədə "Sürəti azaltmışıq" - SƏBƏB?

İqtisadiyyat Materials 19 Fevral 2018 10:46 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Ağstafa-Qazax qatarının hərəkətində baş verən gecikməyə münasibət bildirib.
ADY Bakı-Ağstafa qatarının gecikməsi barədə "Sürəti azaltmışıq" - SƏBƏB?

Bakı. Samir Əli - Trend:

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Ağstafa-Qazax qatarının hərəkətində baş verən gecikməyə münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova Trend-ə faktı təsdiqləyib: "Qatarın gecikməsinə səbəb hava şəraiti ilə bağlı sürətin azaldılması olub. Nəticədə qatar 1 saat gecikib. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün qatarın sürəti azaldılıb. Başqa heç bir problem yoxdur".

Xatırladaq ki, fevralın 18-i saat 23:50-də Bakıdan Ağstafa istiqamətinə hərəkət edən sərnişin qatarı hava şəraiti ilə əlaqədar gecikib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti