...

Bəhreyn Bakıya birbaşa aviareyslər həyata keçirməyi planlaşdırır

Cəmiyyət Materials 26 Fevral 2018 20:43 (UTC +04:00)
Bəhreynin "Gulf Air" aviaşirkəti Bakıya birbaşa aviareyslər həyata keçirməyi planlaşdırır
Bəhreyn Bakıya birbaşa aviareyslər həyata keçirməyi planlaşdırır

Bakı. Ənvər Məmmədov - Trend:

Bəhreynin "Gulf Air" aviaşirkəti Bakıya birbaşa aviareyslər həyata keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu il aviaşirkət öz fəaliyyət dairəsini genişləndirməyi və yeni istiqamətlərdə uçuşlar həyata keçirməyi nəzərdə tutur.

Bildirilir ki, istiqamətlərdən biri də Bakı şəhəridir.

Qeyd edək ki, Bəhreynin milli aviadaşıyıcısı "Gulf Air" 1950-ci ildən uçuşlar həyata keçirir. Hazırda şirkət 24 ölkədə 43 məntəqədə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti