...

Rus Pravoslav kilsəsinin rəhbəri təltif olunub (FOTO)

Cəmiyyət Materials 28 Fevral 2018 19:39 (UTC +04:00)
Rus Pravoslav kilsəsinin rəhbəri Bilik Fondunun Fəxri Fərmanı ilə təltif olunub.
Rus Pravoslav kilsəsinin rəhbəri təltif olunub (FOTO)

Bakı. Trend:

Rus Pravoslav kilsəsinin rəhbəri Bilik Fondunun Fəxri Fərmanı ilə təltif olunub

Fonddan Trend-ə verilən məlumata görə, ulu öndər Heydər Əliyevin banisi olduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasəti nəticəsində davamlı olaraq möhkəmlənən, ölkəmizdə insan kapitalının formalaşması və zənginləşməsini təmin edən azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin və milli sərvətimiz olan dilimizin təbliği Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir.

Fondun “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində artıq üçüncü ildir ki, Rus Pravoslav kilsələrində, eləcə də Alban-udi xristian icmasında “Azərbaycan dili” üzrə təlim kursları təşkil olunub. Dövlət dilini rusdilli vətəndaşlara təcrübəli dil və ədəbyyat müəllimləri tədris edirlər. Hər il kursu uğurla bitirənlərə müvafiq sertifikatlar təqdim olunur. Dinləyicilər Bilik Fondu tərəfindən dərslik və lüğətlərlə, danışıq kitabçaları və əyani vəsaitlərlə təmin edilir, təlimlər dövründə Azərbaycan dilində film və teatr tamaşalarına dəvət olunur, muzey və sərgilərlə tanış olur, tanınmış yazıçılar və mədəniyyət xadimləri ilə görüşür, Fondun maarifləndirici layihələrinə qoşulurlar.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşeinlə görüşüb, Azərbaycanda tolerantlıq ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin təbliği ilə bağlı Bilik Fondunun maarifləndirici layihələrində fəal iştirak etdiyinə görə Fondun Fəxri Fərmanını din xadiminə təqdim edib. Görüşdə Bilik Fondunun təşkilatçılığı və Aleksandr Atanın dəstəyi ilə Fondun “Azərbaycan dilini öyrənirik” layihəsi üzrə Bakı şəhərindəki “Jen Mironosets” və “Mixail Arxangel” kilsələrində təşkil olunmuş Azərbaycan dili üzrə ödənişsiz təlim kurslarının fəaliyyəti, təlimlərlə yanaşı, digər tədbirlərin təşkili ilə bağlı məsələlər müzakirə edilib, əhalinin dini maarifləndirilməsi istiqamətində birgə tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Rus Pravoslav Kilsəsinin rəhbəri Bilik Fondunun maarifləndirici fəaliyyətini yüksək dəyərləndirdiyini və Fondun Fəxri Fərmanına layiq görüldüyünə görə minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti