...

Qanunsuz ov və silah daşımaq 240 nəfərə baha başa gəldi - 26 min manat cərimə

İqtisadiyyat Materials 20 Aprel 2018 12:52 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə respublikanın şəhər və rayonlarında mütəmadi tədbirlər həyata keçirir.
Qanunsuz ov və silah daşımaq 240 nəfərə baha başa gəldi - 26 min manat cərimə

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə respublikanın şəhər və rayonlarında mütəmadi tədbirlər həyata keçirir.

DİN-dən Trend-ə verilən məlumata görə, bu ilin ötən 3 ayında keçirilmiş belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının pozulması) və 590-cı (mülki silahın və ya döyüş sursatının saxlanılması və daşınması qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 240 nəfər barəsində inzibati protokol tərtib olunub, həmin şəxslərə 26 min manata yaxın cərimə tətbiq edilib.

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 252-ci (meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması) və 253-cü (meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi) maddələrinin tələblərini pozmuş 10 nəfər barəsində inzibati tədbir görülüb, 15 nəfər barəsində isə Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti