...

Komitə sədri: Azərbaycanda bir valideynlə yaşayan uşaqların sayı artır

Gündəm Materials 23 May 2018 11:25 (UTC +04:00)
Azərbaycanda bir valideynlə yaşayan uşaqların sayı artır.
Komitə sədri: Azərbaycanda bir valideynlə yaşayan uşaqların sayı artır

Bakı. İlhamə İsabalayeva – Trend:

Dünya statistikasına əsasən, son 10 ildə bir valideynlə yaşayan uşaqların sayı 2 dəfə artıb. Azərbayanda da belə uşaqların sayı artır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, boşanmış ailələrdə uşaqlar əsasən ana ilə yaşayırlar.

Ə.Əmiraslanov bildirib ki, yalnız bir valideynlə böyüyən uşaqların həm fiziki, həm də psixoloji sağlamlığında olan problemlər iki valideynlə böyüyən uşaqlara nisbətən daha çoxdur: “Bu xəstəliklər psixi sağlamlıq, çəki azlığı, qida çatımazlığı və s.-dir. Bunun da əsas səbəbi odur ki, bir valideyn olan ailələrdə uşaqlara lazımi diqqət göstərilmir. Ona görə də ailələrin dağılması uşaqların bilavasitə pozulmasına təsir edən faktordur. Gələcəkdə belə uşaqların xəstələnmə halları həddindən artıq çox olur”.

Komitə sədri qeyd edib ki, valideynlərin təhsil səviyyəsi də uşaqların sağlam böyüməsinə təsir edən amillərdən biridir: “Bəzi ailələrdə, xüsusilə təhsil səviyyəsi yüksək olmayan və tək valideyn olan ailələrdə uşaqları türkəçarə üsulları ilə sağaltmağa çalışırlar. Bu da gələcəkdə uşaqlarda daha ağır xəstəliklərin yaranmasına səbəb olur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti