...

İri və xırdabuynuzlu heyvanların brusellyoz xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib

Cəmiyyət Materials 25 May 2018 19:40 (UTC +04:00)
İri və xırdabuynuzlu heyvanların brusellyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirlərinə start verilib.
İri və xırdabuynuzlu heyvanların brusellyoz xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib

Bakı. Trend:

Bu ilin yanvar ayının əvvəllərindən etibarən Azərbaycan ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iri və xırdabuynuzlu heyvanların brusellyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirlərinə start verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 4 ayı ərzində bruselyoz xəstəliyinə qarşı 123755 baş xırdabuynuzlu heyvanda “Rev-1” vaksini ilə, 56895 baş iribuynuzlu heyvanda “S-19” vaksini ilə peyvəndləmə işləri aparılıb. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 2018-ci ilin 4 ayı ərzində 457657 baş iribuynuzlu, 24259 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti