...

Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni konsepsiya təqdim edib (YENİLƏNİB) (FOTO)

Cəmiyyət Materials 11 İyun 2018 14:53 (UTC +04:00)
Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni konsepsiya təqdim edib.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni konsepsiya təqdim edib (YENİLƏNİB) (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ölkədə avtomobil nəqliyyatı vasitələrinin fəaliyyətinin tənzimlənməsi üzrə yeni konsepsiya təqdim edib.

Trend-in məlumatına görə, konsepsiyanın təqdimatında Xidmətin rəhbəri Həbib Həsənov deyib ki, avtonəqliyyat sahəsində dövlət tənzimlənməsinin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə bir sıra normativ-hüquqi aktlar hazırlanıb və aidiyyəti orqanlara təqdim olunub.

Xidmət rəhbəri bildirib ki, yeni konsepsiya müasir informasiya texnologiyalarından daha geniş istifadəni, xidmətlərin elektronlaşdırılmasını, strukturun şəffaflığının təmin edilməsini, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsini, vətəndaş və məmur arasında əlaqəni minimuma endirməyi nəzərdə tutur.

H.Həsənov qeyd edib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişin və yük daşımalarında tətbiq olunan vergi mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi ilə məsləhətləşmələr aparır:

"Bu sahədə müasir texnologiyalardan istifadə nəzərdə tutulur ki, bu da vergi ödənişlərinin vaxtında və tam həcmdə həyata keçirilməsini təmin etməyə, həmçinin vergidən yayınma hallarına nəzarətin gücləndirilməsinə kömək edəcək".

Tədbirin yekunu üzrə Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Azərbaycan Texniki Universiteti arasında kadr məsələləri üzrə əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti