...

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: "Son zəng" yalnız 2 saat ərzində keçirilir

Cəmiyyət Materials 12 İyun 2018 11:40 (UTC +04:00)
"Son zəng" yalnız 2 saat ərzində keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: "Son zəng" yalnız 2 saat ərzində keçirilir

Bakı. İlhamə İsabalayeva - Trend:

İyunun 14-də Bakıda bütün məktəblərdə "Son zəng" tədbiri keçiriləcək. Bu tədbir yalnız məktəb daxilində və iki saat ərzində keçirilir.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib.

Onun sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi "Son zəng" tədbirlərində şagirdlərin və tədbirin keçirilməsinə aidiyyəti olan digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün müxtəlif qabaqlayıcı tədbirlər görür və bu məqsədlə müvafiq orqanlara müraciətlər edir.

M.Vəliyeva hesab edir ki, builki "Son zəng" tədbirləri də yaxşı səviyyədə keçiriləcək.

İdarə müdiri əlavə edib ki, bu il Bakı məktəblərini təxminən 26 min nəfərdən çox 11-ci, 27 min nəfərdən artıq isə 9-cu sinif şagirdi bitirir.

M.Vəliyeva iyunun 21-də Bakıda həm 9, həm də 11-ci sinif şagirdlərinin buraxılış imtahanı verəcəyini, şagirdlərin göstəricilərinin daha da yaxşılaşacağını söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti