...

Təhsil naziri “Son zəng”lə bağlı əmr imzaladı

Cəmiyyət Materials 13 İyun 2018 13:30 (UTC +04:00)
Təhsil naziri Ceyhun Bayramov “Son zəng”lə bağlı əmr imzalayıb.
Təhsil naziri “Son zəng”lə bağlı əmr imzaladı

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil naziri Ceyhun Bayramov “Son zəng”lə bağlı əmr imzalayıb.

Trend-in məlumatına görə, əmrə əsasən, "Son zəng" tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq.

Əmrdə məktəb rəhbərlərinə “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib.

Yerli təhsili idarəetmə qurumları tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti