...

"Son zəng" necə keçdi? - Təhsil İdarəsindən açıqlama (FOTO)

Cəmiyyət Materials 14 İyun 2018 16:03 (UTC +04:00)
Paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” tədbiri məktəblərin daxilində keçirilib və müvafiq müddət ərzində başa çatıb.
"Son zəng" necə keçdi? - Təhsil İdarəsindən açıqlama (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” tədbiri məktəblərin daxilində keçirilib və müvafiq müddət ərzində başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, tədbirlərdə idarə müdiri Məhəbbət Vəliyeva, struktur bölmə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri, eləcə də sabiq məzunlar iştirak ediblər.

Tədbirlərdə məktəb məzunları və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib.

Məktəb həyatı ilə vidalaşan məzunlar birincilərə hədiyyələr təqdim ediblər.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər fəxri fərman və medallarla təltif olunublar.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 125, XI siniflərini isə 19 192 nəfər bitirib. Paytaxtda 46 849 nəfər I sinfi, 638 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vurub. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən xüsusi məktəblərdə isə IX sinfi 322 nəfər bitirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti