...

Külək İsmayıllıda bir kəndə ziyan vurdu - Evlərin dam örtüyü sıradan çıxdı

Hadisə Materials 20 İyun 2018 11:56 (UTC +04:00)
İyunun 17-də ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində İsmayıllı rayonunun Çəmənli kəndinə ciddi ziyan dəyib.
Külək İsmayıllıda bir kəndə ziyan vurdu - Evlərin dam örtüyü sıradan çıxdı

Bakı. Samir Əli - Trend:

İyunun 17-də ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində İsmayıllı rayonunun Çəmənli kəndinə ciddi ziyan dəyib.

Bu barədə Trend-ə açıqlamasında İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev məlumat verib.

Onun sözlərinə görə, həmin gün rayon ərazisində əsən güclü külək nəticəsində kənddə 20 evə ziyan dəyib: "20 evin damına qismən ziyan dəyib, 1 evin dam örtüyü isə tam sıradan çıxıb".

R.Ağayev bildirib ki, hazırda rayonun elektrik təsərrüfatına vurulan ziyan aradan qaldırılır: "Aidiyyəti strukturların həyata keçirdikləri tədbirlər nəticəsində İsmayıllı rayonunun Çəmənli kəndi və bəzi yaşayış məntəqələri istisna olmaqla kəndlərdə elektrik enerjisinin verilişi bərpa olunub, su təsərrüfatının bərpası istiqamətində işlər davam etdirilir. Zərərlə bağlı müraciət olunmuş mülki obyektlərə baxış keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti