...

Əlcəzairin ədliyyə naziri Baş Prokurorluqda olub

Cəmiyyət Materials 21 İyun 2018 17:42 (UTC +04:00)
Baş prokuror Zakir Qaralov Əlcəzairin ədliyyə naziri Əl-Tayib Louh ilə görüşüb.
Əlcəzairin ədliyyə naziri Baş Prokurorluqda olub

Bakı. Trend:

Baş prokuror Zakir Qaralov Əlcəzairin ədliyyə naziri Əl-Tayib Louh ilə görüşüb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı qeyd olunaraq bu əlaqələrin möhkəmlənməsində dövlət başçıları İlham Əliyevin və Əbdüləziz Buteflikənin xüsusi rolu vurğulanıb.

Baş prokuror ölkəmizin İslam və ərəb dünyası ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini qeyd edərək, dövlət başçısı tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması çərçivəsində dost Əlcəzair ilə ikitərəfli münasibətlərin inkişafı məqsədi ilə iki ölkənin ədliyyə nazirlikləri tərəfindən imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumunun, həmçinin cari səfər çərçivəsində imzalanan ekstradisiya haqqında müqavilənin əlaqələrimizin inkişafında yeni təkan olduğunu vurğulayıb.

Qeyd olunub ki, Əlcəzairin ədliyyə naziri Əl-Tayib Louhun dəvəti ilə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun 2017-ci ildə nümayəndə heyəti ilə bu ölkədə səfərdə olması və Əlcəzairdən Azərbaycana nazir səviyyəsində ilk dəfə edilən bu səfər tarixi hadisə olmaqla münasibətlərimizin inkişafına, eyni zamanda, Anlaşma Memorandumu və ekstradisiya haqqında müqavilə iki ölkə arasında əməkdaşlığa dair imzalanan ilk sənədlər olmaqla müqavilə-hüquq bazasının təməlini qoyaraq, qarşılıqlı fəaliyyətin müxtəlif sahələrdə dərinləşməsinə dəyərli töhfə olub.

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, hər iki dövlətdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar ətrafında geniş fikir mübadiləsi aparılıb, ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə görülən işlərə və əldə olunan nailiyyətlərə böyük maraq göstərilərək, təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydası qeyd olunub.

Ölkəmizdə səfərindən məmnunluğunu ifadə edən nazir Əl-Tayib Louh respublikamızın hərtərəfli tərəqqisini qeyd edib, qarşılıqlı etimada əsaslanan Əlcəzair-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini söyləyib.

Nazir Azərbaycanda gedən proseslərdən məlumatlı olduğunu bildirərək, ölkəmizin sürətli inkişafında, əmin-amanlığın və sabitliyin təmin olunmasında ölkə Prezidenti İlham Əliyevin müstəsna rolunu və xidmətlərini vurğulayıb.

Respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına böyük maraq göstərərək təqdir edib, öz ölkəsində də bu sahədə köklü islahatların aparıldığını bildirib. Nazir Əl Tayib Louh hüquqi sahədə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək bunun üçün qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib.

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, korrupsiyaya qarşı mübarizə və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti