...

Suyun oksigen rejimi hansı vəziyyətdədir? - Monitorinqin nəticəsi

Cəmiyyət Materials 25 İyun 2018 20:31 (UTC +04:00)
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.80-7.47 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
Suyun oksigen rejimi hansı vəziyyətdədir? - Monitorinqin nəticəsi

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayında növbəti monitorinq həyata keçirib.

Monitorinqlə bağlı Trend-ə verilən məlumata görə, iyun ayının II ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının I ongünlüyünə nisbətən 139 m3/san azalaraq 303 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

İyun ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafaçay su anbarında, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.80-7.47 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti